Rusiya

Ukrayna 2013-cü ilin sonuna 26 milyard kub metr Rusiya qazı alacaq

ukrUkraynanın baş naziri Nikolay Azarov hökümət iclasında bildirib ki,Ukrayna 2013-cü ildə Rusiyadan 26 milyard kub metr təbii qaz alacaq.

Azarov qeyd edib ki,”enerji səmərəliyi və qorunması  və daxili təbii qaz hasilatının artırılması tədbirlərinin həyata keçrilməsi nəticəsində Ukrayna 2010-ci il ilə müqayisədə qaz idxalını 40% azaldıb. Bu 37 milyarda qarşı 26 milyard kub metr deməkdir”.
Ukrayna artıq bir neçə ildir ki,Rusiya ilə qaz tədarükü qiymətlərinin aşağı salınması üçün nəticəsiz danışıqlar aparır. Keçən il Ukrayna Rusiyadan 32 milyard kub metr qaz almışdı.
Ölkədə qaz istehlakı 2013-cü ilin yanvar-noyabrında 40.6 milyard kub metr təşkil edib. 2013-cü ilin 11 ayı ərzində Poşa və Macarıstandan qaz idxalı 2.1 milyard kub metr təşkil edib. 11 ay ərzində Ukrayna ərazisindən qaz tranziti 75.7 milyard kub metr olub.