Rusiya

Qazprom “Cənub Axını”nda dünyanın ən güclü kompressor stansiyasını quraşdırıb

south_stream_ok6 dekabrda “Qazprom” “Cənub Axını” boru kəmərinin inşası çərçivəsində “Russkaya” (Krasnodar diyarı)  kompressor stansiyasında qaz nəql edən aqreqat quraşdırıb.

“Qazprom İnvest” şirkətinin direktor müavini Mixail Levçenko bildirib ki,”Russkaya” kompressor stansiyasında 448 MVT gücündə 14 aqreqat quraşdırılacaq”.
Stansiya “Cənub Axını” kəməri ilə qaz tədarükünü həyata keçirəcək.
Cənub Axını qaz boru kəməri gücü 63 milyard kub metr olub,”Qazprom”un ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ilə inşa etdiyi meqa layihədir.