Rusiya

Qazaxıstan vasitəsilə Çinə neft tədarükü 10 milyon tona qədər artıla bilər

neft3

Rusiyanın Energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya-Qazaxıstan sazişlərinə uyğun olaraq Qazaxıstan vasitəsilə Çinə neft tədarükü öncə ildə 7 milyon ton,daha sonra isə 10 milyon tona qədər artırıla bilər.

Novak deyib ki,”saziş 1 yanvar 2014-cü ildə qüvvəyə minir və müddəti 10 ildir.Neftin həcmi 7 milyon ton təşkil edir,ancaq 10 milyon tona qədər artıla bilər”.
Tədarük svop sxemi əsasında aparılacaq. 2014-ci ilin 1 yanvarından Rusiya nefti əvəzində Qazaxıstan həmin həcmdə neft Rusiya,Rusiya isə Çinə tədarük edəcək.