Rusiya

LUKoil Filanovski yatağının dəniz qurğularının inşasının ikinci mərhələsinə başlayıb

filankovskoe2LUKoil şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, Həştərxanda “Krasnı Barrikada” gəmiqayırma zavodunda Filanovski yatağının inkişafının ikinci mərhələsi üçün yaşayış modulu platformasının inşasına başlanıb.

Müəssisədə iki dayaq bloku, yaşayış platformasının üst modulları, həmçinin yaşayış və hasilat platformalarını birləşdirəcək keçid körpüsü inşa ediləcək. Yaşayış modulu platforması (YMP-2) 55 nəfərin yaşayışı üçün nəzərdə tutulub və helikopter meydançası ilə təchiz ediləcək.
YMP-2-in istifadəyə verilməsi 2016-cı ilin payızında nəzərdə tutulub.