Rusiya

2013-cü ildə Rusiyada neft istehsalı 1.2%, qaz hasilatı isə 1.5% artıb

ssp

Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, Rusiyada 2013-cü ildə neft hasilatı 1.2% artaraq 523 milyon ton səviyyəsində, qaz hasilatı isə 1.5% artaraq 664 milyard kub metr səviyyəsində gözlənilir.

Elektrik enerjisi istehsalı keçən ilki səviyyədə gözlənilir, deyə Novak “Rossiya 24” kanalının efirində deyib.
Rusiyanın Energetika nazirliyi proqnozlaşdırır ki, Rusiyada neft hasilatı 2020-ci ildə 505-510 milyon ton səviyyəsində olacaq.