Azərbaycan

2014-də yanacaq və elektrik bahalaşması büdcədə

benzin22014-cü il üçün Azərbaycanın dövlət büdcəsində kəsir rekord həddə proqnozlaşdırılıb – 1 milyard 679 milyon manat və ya hazırkı kursla $2,14 milyard.
Maraqlıdır ki, hökumət parlamentə hələlik bir məlumat verməyib ki, indiyə qədər görünməmiş bu həcmdə büdcə kəsirini hansı mənbələrin hesabına ört-basdır etmək fikrindədir.Qeyd edək ki, cari ilin büdcə proqnozlarına görə də dövlət büdcəsinin kəsiri var, ancaq cəmi 691 milyon manat çıvarındadır ki, o da çox güman ki, ilin sonunda bu həddə olmayacaq.
Elə isə hökumət hansı mənbələrin hesabına bü cür böyük məbləğdə büdcə kəsirini bağlaya bilər. Adətən bu hallarda özəlləşdirmədən gələn gəlirlər, qiymətli kağızlar və sair kimi vasitələrdən istifadə edilir. Ancaq bunlar heç də yetərli deyil.
Bu baxımdan Caspian Barrel-in diqqətini çəkən bir məqam odur ki, büdcə-2014 layihəsində büdcə təşkilatlarının kommunal xərcləri kifayət qədər artırılıb.
Bunun üçün aşağıdakı cədvələ diqqət yetirək:

 

2013-cü il
2014-cüil
Elektrik enerjisi
159 773 701
200 462 623
Yanacaq haqqı
63 721 122
88 874 078
Qaz haqqı
29 889 835
35 553 713
Su haqqı
34 468 020
43 681 809
İtilik enerjisi
23 092 683
27 776 992
Kanalizasiya haqqı
7 829 745
13 100 805
Digər Kommunal xidmətləri
57 440 510
280 218 137

 

Yanacaq xərclərinın 39,5%, elektrik enerjisinin isə 25,5% artması nəzərdə tutulur. Digər kommunal xidmətlər xərcinin isə fantastik həddə — 488% artırılması təklif edilir. Sual olunur — əgər yeni təsdiq edilmiş hökumətdə elə bir ciddi struktur dəyişikliyi edilməyibsə, yeni bir qurumların yaradılması gözlənilmirsə, onda bu qədər xərclərin artımı nə ilə bağlı ola bilər? Demək 2014-cü ildə elektrik enerjisinə, avtomobil yanacağına, təbii ki, ictimai nəqliyyatda gediş haqlarının artmasına hökumət indidən büdcədə yer ayırıb. Əgər baaşqa izahı varsa, onda hökumətin mövqeyini bölüşməyə hazırıq.