Azərbaycan

2013-cü ilin I yarısında SOCAR dövlət büdcəsinə vergi ödənişlərini 16,5% artırıb

rentpif2013-cü ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 785 mln. 548 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,5% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
2013-cü ilin iyun ayında SOCAR tərəfindən dövlət büdcəsinə 132 mln. 636 min manat vergi ödənilib (ötən ilin iyun ayı ilə müqayisədə artım 7,8%).
Cari ilin I yarımilliyində SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 77 mln. 506 min manat, iyun ayında 14 mln. 116 min manat ödəyib.
2013-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 490,4 mln. manat həcmində müəyyən edilib.
2012-ci ildə SOCAR dövlət büdcəsinə 1 mlrd. 335 mln. 235 min manat vergi ödəyib.