Azərbaycan

«Financial Times» : Azərbaycan qazı Avropaya TAP kəməri vasitəsilə nəql ediləcək

TAP_and_IAPLondonda nəşr olunan “Financial Times” qəzeti yazır ki, «Şahdəniz» yataqında çıxarılacaq qazı çox güman ki, Avropaya cənub marşrutu ilə Trans Adriatik qaz kəməri (TAP) ilə nəql ediləcək.
Ayın sonuna qədər BP şirkətinin başçılıq etdiyi konsorsium «Şahdəniz-2» mərhələsində hasil ediləcək qazın hansı kəmər ilə ixrac ediləciyinə qərar verəcək. Qəzet yazır ki, “iki layihə yarışır və onlardan biri “Nabucco”- qazın Türkiyə üzərindən daha sonra Bolqariya, Rumuniya və Macarıstan üzərindən Avstriya sərhədinə çatdırlımasını nəzərdə tutur. Alternativ layihə TAP isə Türkiyənin cənubundan Yunanıstan və Albaniya üzərindən İtaliyaya çatacaq.
Qəzete görə, regionda qaza təlabatı diqqətə aldıqda TAP kəmərinin seçilmə şansı daha çoxdur. “Məhz kommersiya faydası və tələbin ölçüsü Aİ-nə Azərbaycan qazının tədarükdəndə həlledici seçim olacaq”.
Qəzetə görə, «Şahdəniz-2» mərhələsinə 25 milyard dollar, ixrac boru kəmərlərinin inşasına isə 15 milyard dollar xərclənəcək. Beləliklə, layihənin ümumi dəyəri ən azı 40 milyard dollar olacaq.