Azərbaycan

2020-ci ilə kimi Azərbaycan qaz hasilatını 2 dəfə artırmağı planlaşdırır

gaz3İranın milli qaz şirkətinin prezidenti Cavad Ovci ilə görüşdə sənayə və energetika naziri müavini Natiq Abbasov bildirib ki,Azərbaycan 2020-ci ildə 54 milyard kub metr qaz hasil edəcək.Bu haqda Azərbaycan sənayə və energetika nazirliyinin saytında məlumat verilir.
2012-ci ildə Azərbaycanda qaz hasilatı 2.3% artaraq 26.766 milyard kub metr təşkil edib. 2013-cü ilin yanvar-aprel aylarında isə ölkədə 5.9 milyard kub metr əmtəəlik qaz hasil olunub ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 1.7% azdır.
Abbasov bildirir ki, hal-hazırda Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2.2 trilyon kub metrdir.
Xəbərdə bildirilir ki,”görüşdə tərəflər qaz nəqli sahəsində ikitərəfli əməkdaşlığı, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivini müzakirə ediblər”.